среда, 9 июля 2008 г.

Sorğu-sual

Ah, bu axmaq başım.

Qızım sənə deyirəm...

Ürəyim sənə də aiddi bu.

Nə gördüz, axı onda,

Başqasında olmayan?

Heç gördüzmü bir çiçək,

Zamanında solmayan?

Soldu o da.

Küləyə qoşulub getmiş

Vəfasız bir xəzan

Oldu o da.

Bəs sizə, sizə nə qaldı?

Ağrımaq.

Di ölün axmaq uşağı, axmaq.

O zamanlar

O zamanlar sevgi vanil qoxuluydu mənimçün.

Hə, ciddi deyirəm.

Kinolardakı kimi,

Yox, 3 yaşlı uşaqlar kimi şirin görsənirdi mənə.

Aşiq olmaq istəyirdim yenə-yenə, dönə-dönə.

Keçdi o zamanlar.

Atdım o göyərçinli təqvimi də masamdan.

Vanil qoxusundan da irgəndim sayəndə,

Kinolardan da.

Qorxuram artıq şirin görsənən

Uşaqlardan da.

Nə?

Yox, hə, yox...

Hə, darıxıram.

Nə etməli?

Bacarmıram.

Yadındamı?

Yadındamı o qaynar yay günü?

Yadındamı o qaynar öpüşlər,

Yarıgizli, yarıaşkar görüşlər?

Yadındamı o hərarətli baxışlar?

Yadındamı?

Nə vardı ki, bu sevgidə onlardan başqa?

... və nə qaldı ki, onlardan savayı?

Üfürdük ovcumuzun içindən

Sevgi tozlarını havaya... havayı...

Yadındamı akasiya ağacı,

Atatürk parkı, Bakı zooparkı?

Heç demirəm Lunaparkı...

Eh.