Ümidlərimi...
Sevgi tapmaq ümidlərimi
qağayıların qanadlarına bağlayıb
buraxmışdım dalğalarda axtarışa.
Təravətimi skamyaların altında
gizləmişdim səni görəcəyim günçün...
Hisslərimi qaranlıq bir küncdə,
tək dayanmış qoca ağacın budaqlarına bağlamışdım
tez tapım deyə...
İndi o ağacın yerində bina tikilir.
Dəniz çirklənmiş,
Skamyaların yeri qəsdən dəyişdirilmiş,
Qağayılar gəbərmişlər...
...Və indi məni evə aparan yolların da bağrını yarırlar.