вторник, 27 ноября 2007 г.

Sensiz

Sənsiz küləyin
sağa-sola vurduğu
qanadı qırılmış
kağız təyyarə kimiyəm.

Sənsiz lampasını
dəcəl uşaqların
sındırdığı tənha
yol dirəyi kimiyəm.

Sənsiz qocalmış,
əzilmiş
asfalt üzərində
yolunu azmış
Ağ xətt kimiyəm.

Sənsiz qırılmış qapı tutacağıyam.
Sənsiz cırılmış kitab varağıyam.
Sənsiz ölmüş sevgisini
Dənizdə axtaran bir qağayıyam.

Elə darıxmışam ki...

пятница, 16 ноября 2007 г.

Menden çıxmayan iş

Men ki, bozlar kralıydım. Bozarırdım.
Menden çıxmayan iş – sevdim.
Seni sevdim.
Heç bilmedim nece sevdim,
niye sevdim?
Heç bilmedim seni sevdim,
ya denizleri,
ya onların üzerinde
yatan ulduzları,
ya o ulduzlar altında sevişen
çiçekleri, yarpaqları?
Heç bilmedim sevdim,
ya özümü hesr etdim sevmeyə?
Heç bilmedim ne iş idi bu...
Menden çıxmayan iş.

четверг, 15 ноября 2007 г.

Mozaika

Sen heyat mozaikamda
(ya mozaik heyatımda
demeliydim?)
en parlaq hisseciksen.
Derhal ve yegane göze deyen,
Gözoxşayan hisseciyim.
Özün getdin, izin qaldı ve s. ve i.

среда, 7 ноября 2007 г.

Meğlub Cütlük

Bir oyun oynadıq,
uduzduq ikimizde.
Çox qısa sürdü ve
yersizmiş sevincimiz.
Ofsaytdanmış qollarımız.
İmkansızlığın hakim olduğu
bir oyunda kimse udubmu?
kimse udarmı?
Bir oyun yaşadıq.
Bu oyunda yoxdu qalib.
amma o qeder uduzmuşuq ki,
heç-heçe de demeye
dili gelmir insanın.