вторник, 27 ноября 2007 г.

Sensiz

Sənsiz küləyin
sağa-sola vurduğu
qanadı qırılmış
kağız təyyarə kimiyəm.

Sənsiz lampasını
dəcəl uşaqların
sındırdığı tənha
yol dirəyi kimiyəm.

Sənsiz qocalmış,
əzilmiş
asfalt üzərində
yolunu azmış
Ağ xətt kimiyəm.

Sənsiz qırılmış qapı tutacağıyam.
Sənsiz cırılmış kitab varağıyam.
Sənsiz ölmüş sevgisini
Dənizdə axtaran bir qağayıyam.

Elə darıxmışam ki...