четверг, 20 декабря 2007 г.

Nese var












Həyatımın hər anında,

Bax elə indi də

Qulaqlıqlardan ruhuma axan

Musiqidə də.

Gözlərimdən içimə süzülən

Rənglərdə də,

Baxışlarda da,

Əllərimdən qəlbimə yol alan

Toxunuşlarda da,

Bu yağışlarda da,

Səndən nəsə var.

Kədərimi müşayiət edən

Hər ümiddə,

Ümidlərimə gor qazan,

Hər kədərdə,

Kədərimi alt-üst edən

Hər sevincdə,

Ətrinin bir damcısını belə

Qısqandığım bu şəhərdə,

Bu səhərdə, həndəvərdə

Səndən nəsə var.

Səndə nəsə var.

среда, 12 декабря 2007 г.

Bağışlayın

















İzlənməyən bir kanalda

yayımlanan filmdim mən.

Bitdim artıq,

Bağışlayın.

Tanımadığınız bir yol var,

Kənarında

tərpənməyən ağacdım mən.

Getdim artıq,

Bağışlayın.

Sınmış bir körpü önündə durdum.

Səhv eləməkdən qorxurdum.

Etdim artıq,

Bağışlayın.

четверг, 6 декабря 2007 г.

FHN hara baxır?

Yaman sıxılır ürəyim

Partlayış olacaq sanki

Bu FHN hara baxır?

Yaman qırılıb ürəyim

Bədənim çökəcək sanki

Bu FHN hara baxır?

Fikirlərimi alıblar,

Qəlbimi də qoparıblar,

FHN-i başa düşdük,

Bəs, MTN hara baxır?