четверг, 20 декабря 2007 г.

Nese var












Həyatımın hər anında,

Bax elə indi də

Qulaqlıqlardan ruhuma axan

Musiqidə də.

Gözlərimdən içimə süzülən

Rənglərdə də,

Baxışlarda da,

Əllərimdən qəlbimə yol alan

Toxunuşlarda da,

Bu yağışlarda da,

Səndən nəsə var.

Kədərimi müşayiət edən

Hər ümiddə,

Ümidlərimə gor qazan,

Hər kədərdə,

Kədərimi alt-üst edən

Hər sevincdə,

Ətrinin bir damcısını belə

Qısqandığım bu şəhərdə,

Bu səhərdə, həndəvərdə

Səndən nəsə var.

Səndə nəsə var.