Bir gun anlasaydim seni
Bir gun anlada bilseydim ozumu
Bir gun dinleseydim seni
Bir gun dinlede bilseydim ozumu
Bir gun gulseydim sene
Bir gun guldure bilseydim ozume
Bir gun aglasaydim
Bir gun aglada bilseydim seni
Bir gun yorulsaydiq, otursaydiq,
danissaydiq, oynasaydiq
heyatimizi qursaydiq oyun kimi
alma desem gelersen
armud desem...
armud demerem de axi.
Armuda lenet.
среда, 3 декабря 2008 г.
Armuda lenet
Автор: Orxan Cuvarlı на 04:04 0 коммент.
понедельник, 25 августа 2008 г.
Qağayılar gəbərmişlər
Ümidlərimi...
Sevgi tapmaq ümidlərimi
qağayıların qanadlarına bağlayıb
buraxmışdım dalğalarda axtarışa.
Təravətimi skamyaların altında
gizləmişdim səni görəcəyim günçün...
Hisslərimi qaranlıq bir küncdə,
tək dayanmış qoca ağacın budaqlarına bağlamışdım
tez tapım deyə...
İndi o ağacın yerində bina tikilir.
Dəniz çirklənmiş,
Skamyaların yeri qəsdən dəyişdirilmiş,
Qağayılar gəbərmişlər...
...Və indi məni evə aparan yolların da bağrını yarırlar.
Автор: Orxan Cuvarlı на 23:26 0 коммент.
среда, 9 июля 2008 г.
Sorğu-sual
Ah, bu axmaq başım.
Qızım sənə deyirəm...
Ürəyim sənə də aiddi bu.
Nə gördüz, axı onda,
Başqasında olmayan?
Heç gördüzmü bir çiçək,
Zamanında solmayan?
Soldu o da.
Küləyə qoşulub getmiş
Vəfasız bir xəzan
Oldu o da.
Bəs sizə, sizə nə qaldı?
Ağrımaq.
Автор: Orxan Cuvarlı на 02:21 0 коммент.
O zamanlar
Hə, ciddi deyirəm.
Kinolardakı kimi,
Yox, 3 yaşlı uşaqlar kimi şirin görsənirdi mənə.
Aşiq olmaq istəyirdim yenə-yenə, dönə-dönə.
Keçdi o zamanlar.
Atdım o göyərçinli təqvimi də masamdan.
Vanil qoxusundan da irgəndim sayəndə,
Kinolardan da.
Qorxuram artıq şirin görsənən
Uşaqlardan da.
Nə?
Yox, hə, yox...
Hə, darıxıram.
Nə etməli?
Bacarmıram.
Автор: Orxan Cuvarlı на 02:20 0 коммент.
Yadındamı?
Yadındamı o qaynar yay günü?
Yadındamı o qaynar öpüşlər,
Yarıgizli, yarıaşkar görüşlər?
Yadındamı o hərarətli baxışlar?
Yadındamı?
Nə vardı ki, bu sevgidə onlardan başqa?
... və nə qaldı ki, onlardan savayı?
Üfürdük ovcumuzun içindən
Sevgi tozlarını havaya... havayı...
Yadındamı akasiya ağacı,
Atatürk parkı, Bakı zooparkı?
Heç demirəm Lunaparkı...
Автор: Orxan Cuvarlı на 02:18 0 коммент.
пятница, 16 мая 2008 г.
xain hissəcik
Bütün gücüm və müdrikliyimlə,
Bütün səbrim və çılğınlığımla,
Bütün azadlığım və yetkinliyimlə,
Bütün gülünclüyüm və insanlığımla
Sevirəm səni...
Amma sanki özümü tam verməmişəm bu sevgiyə.
Axtarıram sənin əlinin çatmadığı o tək xain hissəciyi
Təhvil verməkçün əllərinə-
Satmaqçün gözəlliyinə...
Автор: Orxan Cuvarlı на 11:47 0 коммент.
среда, 30 апреля 2008 г.
Anlayammıram
Sən yoxkən yanımda
Yasəmənlərmi qoxusuz,
Ya burnummu qripli?
Anlayammıram.
Sən yoxkən yanımda
Filmlərmi ağ-qara,
Ya televizormu nasaz?
Anlayammıram.
Sən yoxkən yanımda
Mahnılarmı sözsüz,
Dünyamı səssiz?
Anlayammıram.
Автор: Orxan Cuvarlı на 23:40 0 коммент.
Yanımda olsan
Yanımda olsan,
Bir çay içsək eklerlə
Baxa-baxa sevimli filmimizə.
Danışsaq gələcək planlarımızdan-
Sənin nümunəvi arvad,
Mənim nümunəvi ər olacağımdan.
Gülsək, qucaqlaşsaq və öpüşsək
Reklam fasilələrində.
Yanımda olsan,
Darıxmazdım beləcə.
Yadıma düşməzdi şeir yazmaq.
Автор: Orxan Cuvarlı на 23:39 0 коммент.
вторник, 29 апреля 2008 г.
Doyumsuzluq
Səni sevməkdən doymayan həyatım,
Səni duymaqdan doymayan arzularım,
Səni qucmaqdan doymayan gözlərim,
Sənə səcdədən doymayan hislərim var.
Əllərim var-səni öpməkdən doymayan.
İllərim var-sənin olmaqdan doymayan.
Bir də bir dünyam var –
başına dönməkdən doymayan.
Автор: Orxan Cuvarlı на 23:56 0 коммент.
16 iyun
Sən ad günündən qaçıb gəlmişdin,
Mən isə xəstə-xəstə
Yatağımdan qaçdım o gün.
İlk görüşümüz idi, ilk!
Yayın ən isti günlərindən biri
Bədənim qızdırma içindəydi-
Səni görənə kimi.
Səni gördüm sanki,
Dünyanın ən sağlam insanı oldum.
Tibbi cihazları şoka salacaq qədər
Sağlam.
Ad günün idi sənin.
Ürəyi dolu, əli boş gəlmişdim
Ilk görüşümüzə.
Bağışla, sənə heç nə bağışlamadığım üçün
Həmin gün...
Hələ də utanıram.
Qızılgül qoxusu verirdi gözlərin.
Günəş kimi parıldayırdı ürəyin.
Səni dünyalar qədər sevdim.
Автор: Orxan Cuvarlı на 23:54 0 коммент.