Sən ad günündən qaçıb gəlmişdin,
Mən isə xəstə-xəstə
Yatağımdan qaçdım o gün.
İlk görüşümüz idi, ilk!
Yayın ən isti günlərindən biri
Bədənim qızdırma içindəydi-
Səni görənə kimi.
Səni gördüm sanki,
Dünyanın ən sağlam insanı oldum.
Tibbi cihazları şoka salacaq qədər
Sağlam.
Ad günün idi sənin.
Ürəyi dolu, əli boş gəlmişdim
Ilk görüşümüzə.
Bağışla, sənə heç nə bağışlamadığım üçün
Həmin gün...
Hələ də utanıram.
Qızılgül qoxusu verirdi gözlərin.
Günəş kimi parıldayırdı ürəyin.
Səni dünyalar qədər sevdim.
0 коммент.:
Отправить комментарий