вторник, 23 октября 2007 г.

Uzaqda

Bir şeir doğulur bu dəqiqə çox uzaqda.
Tənhalıqda.
Yağışlı bir havada.
Fahişə bir həyatdan.
Bakirə bir ürəkdən.
Ruhuyla təmizləməyəmi gəlir?
Özüylə zibilləməyəmi gəlir?
Kimsə bilmir.

Bir şair doğulur bu dəqiqə çox uzaqda.
Təkliyi din edəcək,
Sevgini məhv edəcək,
Ölümünə güləcək bir şair.

Təkəm bu gün

Allahın insanları nə üçün yaratdığını
anlayacaq qədər
təkəm bu gün.

Cüt rəqəmlərə
nifrət edəcək qədər
təkəm bu gün.

“Lady in Red”-ə öz kölgəmi
dəvət edəcək qədər
təkəm bu gün.

Təklərdən qaçacaq qədər,
Özümlə susacaq qədər,
Təkəm bu gün.
Darıxmıram.

Əlvida təbəssüm, əlvida sevinc,
Bir başqa sevgidə görüşənəcən.

yazıq ona

Yazıq o insana ki,
Deməyə sözü olmasın.
Sevməyə üzü olmasın,
Gülməyə gücü olmasın.
Yazıq o insana.

Acam

Sevgiyə acam.
Aclığımı yazdığım misralardan hərf,
çəkdiyim acılardan sillə,
tozlanmış xatirələrdən
qəm yeməklə doyuzdururam.

Başqasıydı, sən deyildin!

Mən səni sevməmişdim,
Mən sevən başqasıydı.
Mələklərtək gözəldi və
Onlartək safıydı.
-Hə, gözləri yaşıldı,
-Hə, saçı da sarıydı,
Amma o, sən deyildin,
Mən sevən başqasıydı.
Əlləriniz oxşardı, amma...
Onda istiydi.
Gözləriniz eynidi,
Fərq onun baxışıydı.
Mən sevən başqasıydı.

Alın yazısı

Hər şey tərsinə gedir.

Elə bil, toz basıb
Alın yazımı.
Ya da yağış yuyub, aparıb
Tənhalıq yollarında.
Bəlkə də üzüaşağı küçələrdə
başı dik gəzdiyimdə yolda düşüb,
duymamışam.
Qısası: yoxdu alın yazım.
Axtarım indi harda, kimdə?
Qabaq ya arxa cibimdə?
Bəlkə də sənin çantanda
Telefonla pomadanın böyründədi?
Bəlkə olmayıb heç? Elə olmadığı yerindədi?

Unudacam səni

Silecem butun qemli smaylikleri MSNden
Aglamali mahnilari zibil qutusuna salacam yola
Donecem sola,
Unudacam seni.

Silecem telefonumdan shekillerini,
Nomrelerini,
Smslerini,
Yaddashimdan atacam,
Gozlerini,
Sozlerini,
Ellerini,
Unudacam seni.

Bashqasiyla gedecem parkimiza,
Bir tepik vuracam dalindan xatirelerimize,
Gulecem bize,
Unudacam seni.

xatırlayajan!!!:)

Uzun zaman keçəcəkdir,
O vaxtacan milyon külək
Qapınızdan ötəcəkdir,
Milyonlarla çiçək çöldə
Açacaqdır, öləcəkdir,
Xatırlayacaqsan məni.

Çoxu səni sevəcəkdir,
Milyardlarla yağış
Küçənizə düşəcəkdir,
Dodaqların bəlkə xeyli güləcəkdir,
Gözlərin düşünəcəkdir-
Xatırlayacaqsan məni.

Otlar çox yaşıllanacaq,
Qızılgüllər allanacaq,
Günəş xeyli parlayacaq,
Dənizlər bəlkə də bizə
Qəzəbindən çağlayacaq,
Buludlar çox ağlayacaq-
Xatırlayacaqsan məni.

Bıçaqlı

Ureyinde bicaq gezen
bir insan var bu sheherde
sakit, susqun gezer kucelerde
her addiminda, her izinde
qan vardir,
solqun, qurumus
dodaqlarindasa tebessum...
sevgisine bicaq deyen
bir insan var bu sheherde
min bir qisqiriq,
cilqinliq ve hicqiriq
var sevgisinde
sevgisise ureyinde
ureyi onun elinde.
simleri sinmish skripka
ureyinin yaninda
toya gedilesidir,
simler urekden ferqli
temir edilesidir...

Ürəyimin mahnısı

Bir mahni var cox sevdiyim,
iztirab - kederle dolu.
biri de var ureyimde,
onun bilinmeyir sonu.
oxuyuram ureyimde
her gun, gece
zerif, ince
sozleri var!
musiqisi sanki yoxdur-
ildirimin saqqiltisi
denizlerin, dalqalarin
yaqislarin shiriltisi
ulduzlarin pariltisi
birde sen varsan negmemde...
hem sakitdi, hem de cilqin,
Tufan kimi!
bitmez, sonsuz ve gozeldi
umman kimi.
hem de roya kimi ani...
sevgi gozel,sevmek gozel
heyat fani...
bir mahni var ureyimde
iztirab-kederle dolu...

HAMIDAN uca

Hər sevgidə bir sual var cavabsız...
Hər sevgidə 2 qəlb var rahatsız....
Bir ağsaçlı qocadan
Eşitmişəm bir zaman
Sevgi yoxdur əzabsız...
Hər eşqdə olan insan
Bir az da kədər sevir.
Hər eşqdə olan insan
Sonsuzluğatək gedir.
Sevgi onu ucaldır
O hamıdan ucadır

Səni tanıdım və...

Seni tanıdım,
Ve anladım ki-
Ayın nurunu özünde cemleşdirmiş
Bir çiçek var bu şeherde.
Seni tanıdım,
Ve kirpiklerin ulduzları
Qoruduğunun şahidi oldum.
Seni tanıdım,
Güneşi indi özüme daha yaxın hiss edirem -
Toxuna bileceyim qeder...
Seni tanıdım,
Üreyinde bir deniz sevgi ve ehtiras olan
Zerif bir melek gördüm.
Seni tanıdım,
Qaranquş qanadlarının
Qaşları evez etdiyini görmek
Teeccüblendirdi ve sevindirdi meni.
Seni tanıdım
Dinlemekden doymadığım bir perini...
Seni,
Seni tanıdım - atdım ömrümden
seni tanımadığım günleri.
Seni tanıdım
Ve çox şadam tanıdığıma!!!

Səndən sonra

Illeri gun tek yashardim...
Bir gunum min ile donub,
senden sonra...
Men seninle butov idim,
hesret meni iki boldu-
senden sonra...
Sene "Guneshim" deyerdim.
Gunesh gozlerimde sondu,
senden sonra...
Sene "Ureyim" deyerdim
ureyim menimcun oldu-
senden sonra...

Biz ayrildiq Qaranquslar gelen vaxti
Bu ayriliq Qaranquslarin gunahi?
Acilmazmi sevenlerin qara baxti?
gozleyekmi biz sabahi, biz sabahi?

Qonaq

Qonaq gəldim ürəyinə,
Qonaq gəldim həyatına
Mən özümü ev sahibi
Sandım hətta.
Mən bu səhvdən
Yandım hətta!
Çox şirindin,
Çox şirinsən
Şirinliyindənmi yandım?!
Mən qonağam.
İndi qandım.

Sevdim səni hesabsızca,
Sevməmək mümkün deyildi.
Bu ildırımlı bir eşqdi,
Yanmamaq mümkün deyildi.

Qərar verdim

Hansısa bir səfirliyin qarşısında
Yeriyirdim asfalt yolda.
Ağ xətlərin üzərində,
Səni düşünə-düşünə
Xatırladım bir-iki şey.
Səni ilk dəfə görəndə,
Son dəfə görəndə də
Bir hiss vardı ürəyimdə.
Ayrılmamaq hissi idi,
Səndən ayrılmamaq.
Bu gün isə ağ xətlərin üzərində
Qərar verdim ayrılmağa.

Nigara

 Canim, 3 yashin mubarek!!!


Allahim istemirem olem
insan kimi
Heyatima Nigarin gozunden
dushen
"ciyinlerinde" onun butun
derd-qemini dashiyan-
goz yashi tek-
son qoymaq isteyirem
Ataraq ozumu onun
yanaqlarindan yere.
Ya da dodaqlarinda
sevinc tebessumutek
parlamaq ve novbemi
bashqasina vermek.
kicicik ellerinde tutdugu
bir gul leceyi olmaq
onsuzluqda solmaq:
Hava olmaq-
ciyerlerine dolmaq.
Ayaginin altinda tesadufen
ezilen bir qarishqa tek
ole bilmek
xosbextliyini isteyirem senden
men o balaca meleyin
bir parcasi olmaq
arzusundayam!!!
Allahim istemirem olem
insan kimi.

Mat

Yağışın son damcısı düşdü gözlərimdən
Ürəyimi islatdı, nəmləndirdi.
Ayrılıq qoxusu yayıldı sözlərindən
Yağışı selə çevirdi, qəmləndirdi.

Getdin.
Gedişlərin sonuncusuydu bu.
MAT oldum.

Labirint

Kimdin sən?
Məni həyata bağlayan simdin sən.
Bu gün məni həyata bağlayan
Sim bir az da incəldi.
Məni qoruyan mələksə
Rahat nəfəs aldı, dincəldi.
Bu gün məni yaşadan şeylər
Mənə əzab gətirdi.
Dəstəyi atdım güzgüyə
Sındırdım milyon parçaya
Sir-sifətimi qudokların acığına.
Dolaşıq fikirlərimi bir az da
Dolaşdırdım bu gün.
Nöqtə qoydum.
Yenidən başladım bu gün.
Bilirsən, başlamaq çətindir mənə...
Bilirsən və gülürsən.
Ürəyimə quşlar çəkdim.
Qanadı sınıq olan quşlar.
Sevdiyin ağ saçlarıma nifrət etdim.
Yazıq, günahsız saçlarım...

Hardayam?
Əvvəldə, ortada ya sonda?
Deyəsən, 3 nöqtədən ikincisiyəm.
Əlini uzadacaq birinə ehtiyacım var-
Labirintdəyəm.
Öləsi hisslər labirintində.

İstəyirəm

isteyirem yagis damcisi olam
cirpilam zerbeyle goyden yere
ureyim partlasin
sepelensin zerreciklerim
torpaga.
sari payiz yarpagina
beli,donum bir yarpaga
qopum heyat budagindan
kulek aparsin uzaga
solmus bir lale olum
sevgilimin ellerinde
YOX!
dash parcasi olum
Qazaxistan collerinde
tanrim budur arzum!
meni dash et!
agrisiz, acisiz
vecsiz, agilsiz
qelbsiz umidsiz bir dash.
ya da sevdali bir gozelin
yanagindan suzulen
bir damci yash.
qelbsizler, achin ovcunuzu,
men gelirem!

İcazəsiz giriş

Sən həzin, sakit, gözəl
Bir nəğmətək girdin
həyatıma.
Həzin nəğməylə gəlsən də
Od parçasıtək yandırdın ürəyimi...
Ürəyimin qapısını döymədən,
İcazəsiz-filansız daxil oldun içəri.
Qapılar səni görcək
Özləri taybatay açıldı.
Səni tanımazdan öncə
Ürəyim bir dəniz idi-
Ölü dəniz.
Sən bu dənizi coşdurdun.
Sən onu nurla doldurdun.
Yeni nəfəs, yeni həyat bağışladın.

İrəlidə

Sənsizliyə həsr edəcək,
Bir ömrüm var irəlidə.
İrəlidə həsrət, kədər
Sevgi isə bir gəmidə
Üzüb, gedibdir nə qədər?!


Bu bir röya idi.
Mənə “Yuxun şirin!” - deyən lazım.
Ayrılıq olub bir kölgə,
Hey soruşur gündüz-gecə
“Ayağının altın qazım?”

hissiz-fikirsiz

İçimdəki hissə verəcəyim adı bilmirəm
İçimdə bir hissizlik hökm sürur
Hisslərim yolunu azıb
Azdırıb hisslərimi fikirlərim
Fikirlərimi də hissizliyim çaş-baş salıb.

Fırtına sevgisi

Sevgi dənizində yelkənlərimi açmış,
Sakit liman axtarırdım-sevmək üçün.
Sənə vuruldum, fırtınam mənim.
Aldın içinə, qaldırdın göylərə və...
Vurdun yerə.
İldırım sürətli bir eşqdimi bu?
Ya ölümdü? Vaxt olmadı,
Anlamadım.
Və heç kimi danlamadım.
Çəkdim özümü bir kənara
Çürüdüm için-için...

Dənizdə payız

Bir qayığımız olsaydı...
Çəkib, getsəydik dənizin ortasına...
Pıçıltıyla dərdləşsəydik...
Gündoğanda.
Sən, bir də Mən.
Axsaydı gözümüzün yaşı
Qalxsaydı dənizin
Səviyyəsi ta günəşə
Bizi kədər-qəm boğanda...
Özümüzlə sarı yarpaq,
Solmuş çiçək aparardıq...
Payızı dənizə aparmaq üçün!

Heca vəznində

Menim ucun sen bir sirli denizsen
seni damla -damla udmaq isterem.
Gulum, heyat qeder, shirin, lezizsen,
Men bu shirinliyi dadmaq isterem.

Gozel uzun unutdurar andlari,
Can veriler gormek ucun uzunu
Qaslarin qaranqusun qanadlari
Oz balasi tek qoruyar gozunu.

Sen yuxularimda gorduyum cicek,
Birce defe heyatimda gorseydim,
Ey, mene sevinc bexs eyleyen melek
seni gorsem... sonra rahat olseydim.

Sen menim arzumsan, gizli arzumsan,
qorxuram soylesem yoxa cixasan.
sen menim sevimli, korpe quzumsan,
menimle Gunese, Aya baxarsan??

Bir gün

Bir gün dəniz kənarındakı skamyamızda
Dalğaların dincəldiyini;
Bir gün bizim dayanacaqda
Zamanın dayandığını,
avtobusumuzu gözlədiyini;
Bir gün səni gözlədiyim
parkda Günəşin səhəri gözlədiyini;
Bir gün sevimli ağacımızın altında
küləyin durduğunu görəcəyik!!!

Dalğalarcün bir əfsanə olacağıq.
Yarpaqlarcün biz bir nəğmə olacağıq.
Ürəklərçün biz bir zirvə olacağıq.
Diləklərdə biz əlçatmaz olacağıq.
Bir gün biz
Nəvələrimizə danışdığımız nağıllarda
baş qəhraman olacağıq.
Bəlkə, onlar bu şəhərdən
yarımçıq sevdaların hesabını sora....

1 ağı və 1 arzu

Bir ağı söylədim,
Gedənlər dönsün.
Çiynimdə oturmuş,
Mələk də getdi.

Bir arzu dilədim,
Sevgim qayıtsın.
Sevgim qayıtmadı,
Ürək də getdi.
Mələyin ardınca,
Sənin ardınca.

3 sual işarəli şeir

əzizim, əgər dünən son idisə,
bəs bu günü necə adlandıraq?
ölümdən sonrakı həyatmı?
röyamı, yalanmı ya rəzillikmi?

Yalançı yağışlar kimi..

Payizin sari yarpaqlari tokuldu
gozlerimden yash halinda
penceremdeki kicik serce de agladi halima
belke de oz derdi vardi, bilmedim.
duymadim...
ayriliq ruzgarlari esdi sevgi kucemde
tenhaliq yagisi ile Gunese ucalmis bir gulem bu gun
isteyirem gulem bu gun
bir zaman sene akasiya cicekleri
derdiyimde gulen kimi...
yadindami?
indi hardasan?
yalanci yagislar kimi geldin, getdin...

Bir yağmur istəyirəm

Bir yağmur istəyirəm
Birləşdirsin bizi
Ağac yarpaqları altda.
Bir yağmur istəyirəm
Gizlədim səni ondan.

Yox, elə bir yağmur ki,
Gizlənməyək.
Sevinək hər damlasına.
Yaxınlaşdırsın bizi.
Anladaq bir-birimizə fikrimizi,
Qosqoca dünyadan gizli sirrimizi.
Bir yağmur istəyirəm.
Hər damlası sən!

Anlamazlar

"Məni unudan gün
dönəcəm" - dedin.
Unutmayacağımı bilirdin.
Ömürlük getdin.


Sən getdin
çəkildim öz içimə-
kirpi kimi.
Amma tikanlarım
içimi dəldi.
Bir qürbət yaşadım içimdə...
elə bir qürbət ki...
Anlamazlar, gülüm, anlamazlar!

Səni tanımazdan öncə

seni tanimazdan once gunesin pariltisina
ayin aydinliqina heyrandim
vurgundum
asiqdim.
gunesi gozlerine
deyisdim
gozlerinde bir dunya var, qiz!
ayin gozelliyini yanaqlarinda kesf etdim
men gune xeyanet etdim
men aya xeyanet etdim
sene dogru men yol getdim
qarsila!



2ci variant
seni tanimazdan once Gunesin istisine
ayin safliqina
heyrandim
Gunesi gozlerine deyisdim
onlardan gelen odami yandim?
odami yandim,soyuqluqami?
seni tanimazdan once
qizilgulden gozel hec ne yoxdu sanirdim
amma...seni tanimazdan once!
geceler uzaqdan gelen bir musiqi vardi
qelbimde
indi de var.reqs edekmi?
ayriliqin, tenhaliqin aciqina!

İndən belə

Unudulmuşam -
Əqrəbləri dayanmış
Köhnə bir saat kimi.
İndən belə işə düşsəm, görən olmaz.
Unudulmuşam –
İllərlə bar verməyən
Bir ağac kimi.
İndən belə bar versəm də bilən olmaz.
Unudulmuşam –
Heç kimdən heç nə istəməyən
Bir lal kimi.
İndən belə istəsəm də verən olmaz.
Gizlənmişəm –
İnsanlardan bir ruh kimi...
Görən olmaz, görən, olmaz???

Sağlığına!

Mən sevgimi yaşamışdım
Açıq-aşkar, səsli-küylü.
Ayrılığı yaşayıram səssizcə,
Qaranlıq bir küncdə.

Sevgilimdən qalmış yeganə
Xatirədək gizlədirəm,
Qoruyuram hər bir gözdən.
Diksinirəm hər bir sözdən
Onu mənə xatırladan.
Tənhalıqda darıxıram.
Xatırlayıram.
Anıram.
Hər bir sözü, hadisəni
Dəfələrlə göz önündən keçirirəm.
Ayrılıq badəsindən damla-damla,
Asta-asta qəm içirəm...
Sağlığına!

Heykəl

Sənsizlikdə sıxılıram,
Çox dar gəlir yaşam mənə.
Sənsizlikdən sıxılıram,
Ehtiyacım vardır sənə.
Sənsizlikdə bir qaranlıq
Yaşayıram ürəyimdə.
Sənsizlikdən bir qaranlıq
Durur gözümün önündə.

Tənhalığım-payızın çılpaq budağı,
Tapdalanmış, tökülmüş sarı yarpağı,
Bir də dağıdıcı yağışlardır-
Axır gözümdən aşağı…

Hər sevənin ürəyində bir qorxu var!
Sevdiyini itirəcəyi qorxusu.
Mən bu qorxu üzərində
Ucaldılmış bir heykələm.
Boynu bükük, gözü nəmli;
Ömrü qısa, qəlbi qəmli,
Öz gözündə kiçildilmiş,
İncidilmiş…
Adı: “Nakam bir məhəbbət”
Adi, nakam bir məhəbbət…

Gedirəm!

…Gedirem bu sheherden.
Gozleme!
Tanrim, bu ne sozdur deyirem?!
Axi, hech gozlemeyecek de.
Arxama baxmadan,
Bashimi yuxari qaldirmadan,
Durmadan, dayanmadan,
Agrilarimi duydurmadan,
Esebimi soyutmadan-
Gedirem.
Bilirem, beli, bilirem-
Senincun yoxdur ferqi
Men, ya o, ya o biri.
Gedirem,
Ozum-oz gozumde alcalmish halda.
Dushmushem gozumden quyulara.
Haqqim yoxdu seni sevmeye
Sen menim yox, onundun.
Ya da onlarin…
Seni ele onlara da tapshirib, gedirem.
Seni Bakinin kuleklerine,
Ebedi, sadiq kuleklerine,
Decal dalgalarina,
Kimsesiz gecelerine,
“Hamileler” parkina,
Akasiya agacina,
Bir de sevimli skamyama
Tapshiriram.
Gedirem.

Halım yoxdu...

Dushundurmeyin meni...
dushunesi halim yoxdu
hech guldurmeyin de meni
gulesi halim da yoxdu
sevmeyin de bu gun
Lazim deyil…
Sevilesi halim yoxdu
Deymeyin. Susun. Gedin.
Danishasi halim yoxdu
Dinlemeyin, anlamayin,
Aglamayin, danlamayin
Sadece uzaq dayanin
Yanashmayin.
siz yashayin
yashayasi halim yoxdu...

Günəşə qədər qaçan

Sənə doğru hər addımım
Sonsuzluğa uçurumdan yıxılmaqla bitir.
Uçuruma atan da sən,
Çıxardan da...
Hər səhər yuxudan duranda
Əksin gözlərimin önünə gəlir və...
Itir.
Qaçıram sənin ardınca
Günəşə qədər.
Günəşdən uçuruma düşmək
Bir bilsən necə ağırdır...

Bataqlıq sevgi

Bataqlıq idi bu sevgi...
Yuxarıya əl atdıqca,
Bu sevgidən, bu ağrıdan
Qurtulmaq və qaçmaq üçün
Çapaladıqca, çalışdıqca
daha dərinə batıram.

Anladım ki,
Mən Səni unutmaq üçün
sənə tay olan birinə-
Günəşə - ehtiyacım var.
Yalnız o məni həyata qaytara,
Səni unutdura bilər.
Sən də bunu anlamışdın...
Günəşin önünü aldın.

Uzatdıqca əllərimi mən günəşə,
Gözəlliyin yapışıb ayağımdan
Dartır məni lap dərinə...
O gözlərin düşmənimdi.
Öz gözlərim düşmənimdi...
Gözlərimi yumdum -
Görməməkçün sənli dünyanı.
Qulağımı tutdum –
Eşitməməkçün dodaqlarımın
iznsiz adını pıçıldamağını.
Ürəyimi tutdum –
Sənə qaçmasın deyə...

Bu sevgi bir bataqlıqdı...

“Kəpənək – Mələk”

İçinə qəm dünyası sığışdırmış,
Kiçicik bir kəpənəyəm.
Ayrılıq küləkləri qanadlarımı
Sındıracaq qədər güclü.
Xatirələr qəlbimi qıracaq
qədər əlçatmaz.
...Elə o qədər də doğma.

Ömrüm sənə həsr olunmayacaq
Qədər mənasız.
Gələcəyim səninlə bölüşüləsi
Mümkün olmayacaq qədər
Ümidsiz, qaranlıq.
Düşünsənə bir aciz kəpənəklə
Bir mələyi...

Ətrafında şəffaf barmaqlıqlar
Və göydə sevinc rəmzim - dan ulduzu -
Əlimlə tuta bilməyəcəyim qədər kiçik...

Qatilmi? Qurbanmı?

Seni oldurdum qelbimde
Qatilinem.
Cox uzgunem.
Amma, sen de cox isteyirdin
Seni oldurmeyimi.
Duzgunem.


Dunen meni oldurdun qelbimden.
Anladim niye oldurulmek istediyini;
Olumunle oldurdun meni…

“Suallı Şeir”

Mən sınmış bir şüşəyəm.
Sınmışmı? Sındırılmışmı?
Mən əyri bir küçəyəm.
Əyrimi? Əyrilmişdi?
Mən satılmış ürəyəm.
Satdılar bu ürəyi
Su qiymətinə.
Bəlkə, sudan da ucuz?
Satdılarmı? Satıldımmı?
Mən günahsız mələyəm.
Mənmi? Günahsızmı? Mələkmi?