вторник, 23 октября 2007 г.

Bataqlıq sevgi

Bataqlıq idi bu sevgi...
Yuxarıya əl atdıqca,
Bu sevgidən, bu ağrıdan
Qurtulmaq və qaçmaq üçün
Çapaladıqca, çalışdıqca
daha dərinə batıram.

Anladım ki,
Mən Səni unutmaq üçün
sənə tay olan birinə-
Günəşə - ehtiyacım var.
Yalnız o məni həyata qaytara,
Səni unutdura bilər.
Sən də bunu anlamışdın...
Günəşin önünü aldın.

Uzatdıqca əllərimi mən günəşə,
Gözəlliyin yapışıb ayağımdan
Dartır məni lap dərinə...
O gözlərin düşmənimdi.
Öz gözlərim düşmənimdi...
Gözlərimi yumdum -
Görməməkçün sənli dünyanı.
Qulağımı tutdum –
Eşitməməkçün dodaqlarımın
iznsiz adını pıçıldamağını.
Ürəyimi tutdum –
Sənə qaçmasın deyə...

Bu sevgi bir bataqlıqdı...