Allahın insanları nə üçün yaratdığını
anlayacaq qədər
təkəm bu gün.
Cüt rəqəmlərə
nifrət edəcək qədər
təkəm bu gün.
“Lady in Red”-ə öz kölgəmi
dəvət edəcək qədər
təkəm bu gün.
Təklərdən qaçacaq qədər,
Özümlə susacaq qədər,
Təkəm bu gün.
Darıxmıram.
вторник, 23 октября 2007 г.
Təkəm bu gün
Автор: Orxan Cuvarlı на 06:21
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий