вторник, 23 октября 2007 г.

Uzaqda

Bir şeir doğulur bu dəqiqə çox uzaqda.
Tənhalıqda.
Yağışlı bir havada.
Fahişə bir həyatdan.
Bakirə bir ürəkdən.
Ruhuyla təmizləməyəmi gəlir?
Özüylə zibilləməyəmi gəlir?
Kimsə bilmir.

Bir şair doğulur bu dəqiqə çox uzaqda.
Təkliyi din edəcək,
Sevgini məhv edəcək,
Ölümünə güləcək bir şair.