вторник, 23 октября 2007 г.

Qərar verdim

Hansısa bir səfirliyin qarşısında
Yeriyirdim asfalt yolda.
Ağ xətlərin üzərində,
Səni düşünə-düşünə
Xatırladım bir-iki şey.
Səni ilk dəfə görəndə,
Son dəfə görəndə də
Bir hiss vardı ürəyimdə.
Ayrılmamaq hissi idi,
Səndən ayrılmamaq.
Bu gün isə ağ xətlərin üzərində
Qərar verdim ayrılmağa.