вторник, 23 октября 2007 г.

Dənizdə payız

Bir qayığımız olsaydı...
Çəkib, getsəydik dənizin ortasına...
Pıçıltıyla dərdləşsəydik...
Gündoğanda.
Sən, bir də Mən.
Axsaydı gözümüzün yaşı
Qalxsaydı dənizin
Səviyyəsi ta günəşə
Bizi kədər-qəm boğanda...
Özümüzlə sarı yarpaq,
Solmuş çiçək aparardıq...
Payızı dənizə aparmaq üçün!