вторник, 23 октября 2007 г.

Günəşə qədər qaçan

Sənə doğru hər addımım
Sonsuzluğa uçurumdan yıxılmaqla bitir.
Uçuruma atan da sən,
Çıxardan da...
Hər səhər yuxudan duranda
Əksin gözlərimin önünə gəlir və...
Itir.
Qaçıram sənin ardınca
Günəşə qədər.
Günəşdən uçuruma düşmək
Bir bilsən necə ağırdır...