вторник, 23 октября 2007 г.

İrəlidə

Sənsizliyə həsr edəcək,
Bir ömrüm var irəlidə.
İrəlidə həsrət, kədər
Sevgi isə bir gəmidə
Üzüb, gedibdir nə qədər?!


Bu bir röya idi.
Mənə “Yuxun şirin!” - deyən lazım.
Ayrılıq olub bir kölgə,
Hey soruşur gündüz-gecə
“Ayağının altın qazım?”