вторник, 23 октября 2007 г.

Labirint

Kimdin sən?
Məni həyata bağlayan simdin sən.
Bu gün məni həyata bağlayan
Sim bir az da incəldi.
Məni qoruyan mələksə
Rahat nəfəs aldı, dincəldi.
Bu gün məni yaşadan şeylər
Mənə əzab gətirdi.
Dəstəyi atdım güzgüyə
Sındırdım milyon parçaya
Sir-sifətimi qudokların acığına.
Dolaşıq fikirlərimi bir az da
Dolaşdırdım bu gün.
Nöqtə qoydum.
Yenidən başladım bu gün.
Bilirsən, başlamaq çətindir mənə...
Bilirsən və gülürsən.
Ürəyimə quşlar çəkdim.
Qanadı sınıq olan quşlar.
Sevdiyin ağ saçlarıma nifrət etdim.
Yazıq, günahsız saçlarım...

Hardayam?
Əvvəldə, ortada ya sonda?
Deyəsən, 3 nöqtədən ikincisiyəm.
Əlini uzadacaq birinə ehtiyacım var-
Labirintdəyəm.
Öləsi hisslər labirintində.