вторник, 23 октября 2007 г.

Qonaq

Qonaq gəldim ürəyinə,
Qonaq gəldim həyatına
Mən özümü ev sahibi
Sandım hətta.
Mən bu səhvdən
Yandım hətta!
Çox şirindin,
Çox şirinsən
Şirinliyindənmi yandım?!
Mən qonağam.
İndi qandım.

Sevdim səni hesabsızca,
Sevməmək mümkün deyildi.
Bu ildırımlı bir eşqdi,
Yanmamaq mümkün deyildi.