Mən sevgimi yaşamışdım
Açıq-aşkar, səsli-küylü.
Ayrılığı yaşayıram səssizcə,
Qaranlıq bir küncdə.
Sevgilimdən qalmış yeganə
Xatirədək gizlədirəm,
Qoruyuram hər bir gözdən.
Diksinirəm hər bir sözdən
Onu mənə xatırladan.
Tənhalıqda darıxıram.
Xatırlayıram.
Anıram.
Hər bir sözü, hadisəni
Dəfələrlə göz önündən keçirirəm.
Ayrılıq badəsindən damla-damla,
Asta-asta qəm içirəm...
Sağlığına!
вторник, 23 октября 2007 г.
Sağlığına!
Автор: Orxan Cuvarlı на 05:23
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий