вторник, 23 октября 2007 г.

İcazəsiz giriş

Sən həzin, sakit, gözəl
Bir nəğmətək girdin
həyatıma.
Həzin nəğməylə gəlsən də
Od parçasıtək yandırdın ürəyimi...
Ürəyimin qapısını döymədən,
İcazəsiz-filansız daxil oldun içəri.
Qapılar səni görcək
Özləri taybatay açıldı.
Səni tanımazdan öncə
Ürəyim bir dəniz idi-
Ölü dəniz.
Sən bu dənizi coşdurdun.
Sən onu nurla doldurdun.
Yeni nəfəs, yeni həyat bağışladın.