вторник, 23 октября 2007 г.

Bir gün

Bir gün dəniz kənarındakı skamyamızda
Dalğaların dincəldiyini;
Bir gün bizim dayanacaqda
Zamanın dayandığını,
avtobusumuzu gözlədiyini;
Bir gün səni gözlədiyim
parkda Günəşin səhəri gözlədiyini;
Bir gün sevimli ağacımızın altında
küləyin durduğunu görəcəyik!!!

Dalğalarcün bir əfsanə olacağıq.
Yarpaqlarcün biz bir nəğmə olacağıq.
Ürəklərçün biz bir zirvə olacağıq.
Diləklərdə biz əlçatmaz olacağıq.
Bir gün biz
Nəvələrimizə danışdığımız nağıllarda
baş qəhraman olacağıq.
Bəlkə, onlar bu şəhərdən
yarımçıq sevdaların hesabını sora....