Uzun zaman keçəcəkdir,
O vaxtacan milyon külək
Qapınızdan ötəcəkdir,
Milyonlarla çiçək çöldə
Açacaqdır, öləcəkdir,
Xatırlayacaqsan məni.
Çoxu səni sevəcəkdir,
Milyardlarla yağış
Küçənizə düşəcəkdir,
Dodaqların bəlkə xeyli güləcəkdir,
Gözlərin düşünəcəkdir-
Xatırlayacaqsan məni.
Otlar çox yaşıllanacaq,
Qızılgüllər allanacaq,
Günəş xeyli parlayacaq,
Dənizlər bəlkə də bizə
Qəzəbindən çağlayacaq,
Buludlar çox ağlayacaq-
Xatırlayacaqsan məni.
вторник, 23 октября 2007 г.
xatırlayajan!!!:)
Автор: Orxan Cuvarlı на 06:10
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий