вторник, 23 октября 2007 г.

Alın yazısı

Hər şey tərsinə gedir.

Elə bil, toz basıb
Alın yazımı.
Ya da yağış yuyub, aparıb
Tənhalıq yollarında.
Bəlkə də üzüaşağı küçələrdə
başı dik gəzdiyimdə yolda düşüb,
duymamışam.
Qısası: yoxdu alın yazım.
Axtarım indi harda, kimdə?
Qabaq ya arxa cibimdə?
Bəlkə də sənin çantanda
Telefonla pomadanın böyründədi?
Bəlkə olmayıb heç? Elə olmadığı yerindədi?