Sənsizlikdə sıxılıram,
Çox dar gəlir yaşam mənə.
Sənsizlikdən sıxılıram,
Ehtiyacım vardır sənə.
Sənsizlikdə bir qaranlıq
Yaşayıram ürəyimdə.
Sənsizlikdən bir qaranlıq
Durur gözümün önündə.
Tənhalığım-payızın çılpaq budağı,
Tapdalanmış, tökülmüş sarı yarpağı,
Bir də dağıdıcı yağışlardır-
Axır gözümdən aşağı…
Hər sevənin ürəyində bir qorxu var!
Sevdiyini itirəcəyi qorxusu.
Mən bu qorxu üzərində
Ucaldılmış bir heykələm.
Boynu bükük, gözü nəmli;
Ömrü qısa, qəlbi qəmli,
Öz gözündə kiçildilmiş,
İncidilmiş…
Adı: “Nakam bir məhəbbət”
Adi, nakam bir məhəbbət…
вторник, 23 октября 2007 г.
Heykəl
Автор: Orxan Cuvarlı на 05:15
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий