вторник, 23 октября 2007 г.

Anlamazlar

"Məni unudan gün
dönəcəm" - dedin.
Unutmayacağımı bilirdin.
Ömürlük getdin.


Sən getdin
çəkildim öz içimə-
kirpi kimi.
Amma tikanlarım
içimi dəldi.
Bir qürbət yaşadım içimdə...
elə bir qürbət ki...
Anlamazlar, gülüm, anlamazlar!