вторник, 23 октября 2007 г.

“Kəpənək – Mələk”

İçinə qəm dünyası sığışdırmış,
Kiçicik bir kəpənəyəm.
Ayrılıq küləkləri qanadlarımı
Sındıracaq qədər güclü.
Xatirələr qəlbimi qıracaq
qədər əlçatmaz.
...Elə o qədər də doğma.

Ömrüm sənə həsr olunmayacaq
Qədər mənasız.
Gələcəyim səninlə bölüşüləsi
Mümkün olmayacaq qədər
Ümidsiz, qaranlıq.
Düşünsənə bir aciz kəpənəklə
Bir mələyi...

Ətrafında şəffaf barmaqlıqlar
Və göydə sevinc rəmzim - dan ulduzu -
Əlimlə tuta bilməyəcəyim qədər kiçik...